Gəncədəki terror barədə Almaniyalı jurnalist yazdı

17 Oktyabr 2020 19:14 (UTC+04:00)

Ermənistan Gəncəyə qarşı təcavüzə haqq qazandırır. SİA xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Tvitterdə yazıb.

“Bəli, şəhərdə çox sayda hərbi hədəflər mövcuddur. Rəsmi Yerevan heç birini sovet ballistik raketi ilə vura bilməz. Əslində, raket zərbələri iddia edilən hədəflərdən 1-2 kilometr uzağa endirilib”, deyə Yulian Röpke vurğulayıb.
Qeyd edək ki, Yulian Röpke münaqişələr üzrə ekspertdir.