“Namusuma və şərəfimə and olsun ki, əsgərlərimizin ayağını yumağa hazıram”

17 Oktyabr 2020 15:07 (UTC+04:00)

Müğənni Vüqar Muradov cəbhə bölgəsində könüllü olaraq döyüşmək istəyir. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü danışıb: “Yaşım 37 olsa da, mən də cəbhə bölgəsində könüllü olaraq döyüşmək istəyirəm. Hətta buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişəm.

Yaxşı sürücülük qabiliyyətim var. Arxa cəbhədə əsgərlərimizə kömək edərəm. Tək mən yox, mənim kimi minlərlə insan var ki, əsgərləriməz kömək etmək istəyir. Onu da qeyd edim ki, namusuma, şərəfimə and olsun, əsgərlərimizin ayağını yumağa, onlara qulluq etməyə hazıram”.

İfaçı müğənniləri sosial şəbəkədə tənqid edənlərdən də bəhs edib: “Bəzən sosial şəbəkədə mənə yazırlar ki, ifaçılar niyə cəbhə bölgəsində döyüşə getmir. Müharibə elə bir şeydir ki, özbaşnalıq ola bilməz. Azərbaycanda hər şey qanun çərçivəsində idarə olunur”.