Ermənilər sosial şəbəkələrdə Bakını "İsgəndər"lə hədələyir

17 Oktyabr 2020 14:01 (UTC+04:00)

Erməni silahlı qüvvələrini Azərbaycan Ordusu qarşısında tab gətirməyib geri çəkildiyini görən ermənilər sosial şəbəkələrdə aktivləşib. SİA-nın məlumatına görə, onlar sosial şəbəkələrdə Gəncə şəhərindəki növbəti erməni terroru barədə olan canlı yayınlarda şərh yazaraq ermənilərin Bakını vuracağı ilə hədələyirlər.

Erməni istifadəçilər Ermənistanda olan "İsgəndər" silahı ilə Bakının vurulacağını bildirir, ermənilərin törətdikləri terrora haqq qazandırırlar.