Rossiya-1 telekanalının “Vesti” proqramı Qarabağdan reportaj hazırlayıb - VİDEO

16 Oktyabr 2020 16:47 (UTC+04:00)

Rusiya dövlət televiziyasının “Vesti” informasiya proqramı “Qarabağda vəziyyət gərgin olaraq qalır” başlıqlı reportaj hazırlayıb. Reportajda döyüş bölgəsindən kənarda olan yaşayış məntəqələrin vurulduğu, nəticədə mülki şəxslərin öldüyü və yaralandığı qeyd olunur.

“Kövrək bir atəşkəs fonunda səlahiyyətlilər münaqişə xaricindəki kəndlərin mütəmadi atəşə tutulduğunu bildirirlər. Ağdam rayonunda bir neçə ev dağıdıldı. Xəbərlərə görə, Cəbrayıl bölgəsindəki Cocuq Mərcanlı kəndi də vurulub. Azərbaycan Baş Prokurorluğun verdiyi məlumata görə, Tərtərə atılan mərmilər nəticəsində 4 nəfər ölüb. Daha 4 nəfər xəsarət alıb”- deyə müəllif qeyd edir.

Yazıda bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrin irəlilədiyi vurğulanır: “Cümə axşamı İlham Əliyev bir neçə yaşayış məntəqəsini nəzarətə götürdüyünü elan etdi”.

Məqalədə Qarabağdan olan azərbaycanlı köçkünlərin müvəqqəti düşərgəsi belə təsvir olunur. “Bakının 30 kilometrliyində - paytaxtın lüksünün artıq hiss olunmadığı yer. Hər şeyin sadə olduğu gündəlik həyat. Çox sayda olan qaçqın məskənlərindən biri. Əslində, bu, həqiqətən böyük bir kənddir. Çoxlarının öz ailələri, kiçik dükanları, məktəbi var. Burada 5 min nəfər yaşayır. Qarabağdan olan kökünlər.

Solmaz Həsənəliyeva 1990-cı ildə Xocalıdan köçkün düşüb. Orada atasını, anasını və qardaşını itirib. O, oğlu ilə oradan qaça bilib. Həmin vaxt hamilə idi- digər uşağın doğulmasını gözləyirdi.

Bu sadə evdə böyük bir ailə yaşayır. Məhəllə uşaqları həyətdə oynamağa gəlirlər. Yaxınlıqda ibtidai siniflər üçün bir məktəb var. Sahibə Həsənova uşaqlara yazmağı öyrədir. "Ümid edirik ki, Füzuli bölgəsinə qayıdacağıq və bizə artıq qaçqın deyilməyəcək. 30 ildir qaçqın olaraq yaşayırıq. 30 ildir evsizik"- Sahibə Həsənova deyir”.

Və burada insanlar xəbərləri öndən izləyir, daha doğrusu danışıqlar masasında qəbul edilə biləcək qərarlar gözləyirlər. Dünyadan asılı olduğu qərarlar.

Bu vaxt Xankəndi şəhərinin yaxınlığı bir neçə gün ərzində ilk dəfə mərmilərlə atəşə tutuldu. Müvəqqəti bir sakitləşmədən sonra insanlar tələsik zirzəmilərə endi. Şahidlər mərmilərin şəhərin kənarına düşdüyünü söyləyirlər.

Ermənistan Müdafiə Nazirliyi cənubdakı şiddətli döyüşlər barədə məlumat verir. Tibb işçilərinin çiyinlərinə böyük bir yük düşüb. Ermənistan Qarabağdan yaralı əsgərləri qəbul edir. Ölkədə koronavirusun yayılmasında sürətli artım var. Təcili yardım telefonları heç vaxt susmur.

Ölənlər barədə xəbərlər yenidən gəlir. Ermənilər itkilərini elan edir- gün ərzində 49 nəfər”.

Elçin Bayramlı