Dəfn mərasimində insanları atəşə tutmaq qeyri-insani hərəkətdir - Aleksandr İşein

16 Oktyabr 2020 16:17 (UTC+04:00)

Tərtərdə dəfn mərasimində iştirak edən insanların ermənilər tərəfindən atəşə tutulması qeyri-insani bir hərəkətdir. SİA-nın məlumatına görə, bunu Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein dini konfessiyaların nümayəndələrinin birgə konfransında deyib.

O qeyd edib ki, hansı dini mənsubiyyəti olmasına baxmayaraq, insan dəfn olunanda buna hörmətlə yanaşmaq lazımdır: “Dəfn mərasimində iştirak edən insanların atəşə tutulması anlaşılan deyil, bu, qeyri-insani bir hərəkətdir”.