Rusiyanın “Nezavisimaya qazeta” nəşri Qarabağ münaqişəsi ilə bağlı mülahizələrini irəli sürərkən, bir neçə məqamla diqqət çəkib. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, həmin məqamlardan biri radikal kürd hərbi birləşmələrinin – PKK terrorçularının münaqişəyə cəlb olunaraq, işğalçı Ermənistanın tərəfində hərbi əməliyyatlarda iştirakıdır.
“Ermənistanın elə də böyük olmayan yezidi kürdü icması PKK-lı solçu radikalların Qarabağa atılmaları üçün vasitəçi rolunu oynayıb”
“Avqustda məlumatlar gəldi ki, PKK-dan Ermənistana muzdlular gedir, hərbi eskalasiyadan bir gün sonra, sentyabrın 28-də isə yezidi icmasından olan deputat Rüstəm Bakoyan Qarabağın “müdafiəsi” (dırnaqlar bizimdir – R.R.) üçün yerli icma tərəfindən milli dəstənin yaradıldığını bəyan edib. İstisna etmək olmaz ki, müvafiq təşəbbüsün hədəfi olub və Ermənistanın elə də böyük olmayan yezidi kürdü icması PKK-lı solçu radikalların Qarabağa atılmaları üçün vasitəçi rolunu oynayıb”, deyə “Nezavisimaya Qazeta” yazır.
Əslində, bu kimi faktlar da sübut edir ki, Qarabağ cəbhəsində Ermənistan tərəfində kifayət qədər PKK terror təşkilatının üzvləri var və bu kimi faktlar öz danılmazlığını da qoruyub-saxlamaqdadır.
“Azərbaycan Silahlı Qüvvələrinin “dqr”-in müdafiəsini yarması vəziyyəti daha da dərinləşdirib”
Rusiya nəşri digər məqama da toxunaraq yazır ki, artıq Paşinyan Qarabağda vəziyyətin gərginləşməsindən sonra, pandemiya ilə yanaşı, diqqəti daxili problemlərdən yayındırmağa çalışır: “Hərbi əməliyyatlardan sonra Ermənistan ÜDM-i gündəlik işə keçib. Vergi gəliri 41,4% azalıb. Maliyyə gəlirinin azalması xarici pul köçürmələrində də görünməkdədir: yeddi ayda 15,3: azalıb və 893,3 milyona qədər enib, Rusiyadan isə pul köçürmələri 28,2% düşüb. Müharibə xərcləri artır, İrəvanın hərbi taktikası isə özünü doğrulda bilmədi. Azərbaycan Silahlı Qüvvələrinin “dqr”-in müdafiəsini yarması vəziyyəti daha da dərinləşdirib”.
“Kompleksli faktorlar Paşinyanı dalana dirəyir”
Nəşr bütün bunlardan nəticə çıxararaq yazır ki, kompleksli faktorlar Paşinyanı dalana dirəyir və o, nümayişkaranə dialoqdan deyil, reallıqdan çıxış etmək məcburiyyətində qalır.
“Ola bilsin ki, baş nazirin bu cür ssenari ilə razılaşmamasını istisna etmək olmaz: iki mərhələdə işğala məruz qalan yeddi və beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeddi rayonun geri qaytarılması hökumət başçısının daxili kapitalını itirməsi ilə nəticələnəcək. Bu isə deyilməyəcək qədər fəsadlara gətirib-çıxaracaq”, “Nezavisimaya qazeta sonda qeyd edib.
Rövşən RƏSULOV