İsmayıllıda yanğın

16 Oktyabr 2020 14:02 (UTC+04:00)

İsmayıllı rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.