Yolu keçən piyadanı maşın vuraraq öldürdü

16 Oktyabr 2020 13:43 (UTC+04:00)

Xətai rayonunun Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 15-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Sumqayıt şəhər sakini R.Əşrəfov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Roman Plujnikovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.