Bakıda mənzildən 10 min manata yaxın oğurluq olub

16 Oktyabr 2020 13:40 (UTC+04:00)

Evlərin birindən 3000 manat və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini O.Mehdiyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini O.Mehdiyev saxlanılıb.