Bakı-Tbilisi-Ərzurum kəməri ilə 8,7 mlrd. kubmetr təbii qaz ötürülüb - 9 ayda

16 Oktyabr 2020 11:56 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 21 milyard 515,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 9 ayda qaz nəqlinin 40,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 8 milyard 736,2 milyon kubmetr təbii qaz ixrac edilib.