İndiki vəziyyətdə özəl kurslara distant təhsil üsulana keçmək tövsiyyə olunur - Emin Əmrullayev

16 Oktyabr 2020 11:47 (UTC+04:00)

"İndiki vəziyyətdə özəl kurslara distant təhsil üsulana keçmək tövsiyyə olunur". Bunu təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın bu gün keçirilən brifiniqində deyib.

Nazir bildirib ki, özəl kurslarda əgər distant təhsilə keçmək mümkündürsə, tövsiyyə olunur ki, hazırki situasiyada onlar distant şəkildə davam etdirsinlər. Özəl sektor iş planı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əsasən quracaqlar.