Rejissor Tahir Əliyevin “Qırmızı” qısametrajlı bədii filmi oktyabrın 21-dən 23-dək Moskvada keçiriləcək VIII Beynəlxalq Etnoqrafik Kinofestivalda iştirak edəcək. SİA-nın məlumatına görə, film valideynləri ayrıldığı üçün ucqar kənddə tək yaşayan məktəbli qız haqqındadır. Onun yeganə arzusu kəndin palçıqlı dolanbaclarında yeni qırmızı ayaqqabı ilə gəzməkdir.
“Qırmızı” filmi festivalın son günü – 23 oktyabrda nümayiş olunacaq.
Qeyd edək ki, festivalda Rusiya, İtaliya, Böyük Britaniya, Fransa, Danimarka, Hindistan və digər ölkələri təhsil edən rejissorların filmləri nümayiş ediləcək.