Yunanıstanın XİN rəhbəri Ermənistana nə üçün səfər edəcək? MÜƏMMA

15 Oktyabr 2020 15:38 (UTC+04:00)

Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın oktyabrın 16-da Ermənistana işgüzar səfər edəcəyi bildirilir. SİA xəbər verir ki, bu barədə ermənilərin Armenianreport saytı yazır. Məlumata görə, yunanların baş diplomatlarının ermənilərin XİN rəhbəri ilə görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

O cümlədən, Nikos Dendiasın baş nazir Nikol Sarkisyan və prezident Armen Sarkisyanla da görüşü gözlənilir.

Xatırladaq ki, Yunanıstan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə açıq, ya da gizli dəstək göstərənlər arasındadır və eyni zamanda, Türkiyənin Şərqi Aralıq dənizində apardığı geoloji tətqiqatlara qarşı çıxaraq, hətta hərbi ritorika irəli sürmüşdü.

Azərbaycanın Qarabağın azad edilməsi ilə bağlı əks-hücumlarından sonra Yunanıstandan Ermənistana muzdlu döüşçülərin getməsi barədə də erməni KİV-ləri ilə yanaşı, bir sıra xarici agentliklərdə də informasiyalar verilmişdi.

Ehtimal edilir ki, Yunanıstanın XİN rəhbəri Nikos Dendiasın Nikol Paşinyanla və s. siyas-diplomatik rəhbərliyi ilə görüşü sırasında anti-Azərbaycan və anti-Türkiyə xarakterli bəyanatlar səsləndiriləcək.