Kitabxana #Qarabagdayasanmisxatireler adlı çağırış yaradıb

15 Oktyabr 2020 09:20 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi #Qarabagdayasanmisxatireler adlı çağırış yaradıb. İdarədən SİA-ya bildirilib ki, bu çağırışın mövzusu insanlarımızın Qarabağda yaşadığı günlərdən, oradakı xoş xatirələrindən bəhs edir. Çağırışa hər kəs qoşula bilər.

Xətai rayon MKS-in Instagram:@xetaimks75 səhifəsinin drektinə Qarabağ torpaqlarında yaşadığınız xatirələri göndərə bilərsiniz.