Bakının Xəzər rayonunda iki gənc uçan hasarın altında qalıb

14 Oktyabr 2020 23:46 (UTC+04:00)

Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıblar.

Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.