Bağlı qapı arxasında köməksiz qaldılar

14 Oktyabr 2020 10:53 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda 2-si azyaşlı olmaqla 10 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.​