Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən səfirliyin sosial şəbəkə profilləri vasitəsilə cari ilin may-iyun ayları ərzində keçirilmiş və ölkəmizinRespublika Gününə həsr olunmuş “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” adlı rəsm müsabiqəsininqaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Dr. Fouzia Səid, bu ölkənin ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, müsabiqə iştirakçıları və Səfirlik əməkdaşlarıiştirak ediblər.
İlk öncə müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib və Azərbaycanla bağlı videoçarx izlənilib.
Tədbirdə çıxış edərək Azərbaycan-Pakistan dostluğu haqqında fikirlərini bölüşən səfir Əli Əlizadə müsabiqənin keçirilməsində məqsədin Pakistan gənclərinə hər iki qardaş ölkənin bir-birinə bağlılığını, dini, mədəni-irsi oxşarlığını aşılamaq, xalqlararası münasibətləri möhkəmləndirmək, gənclərin istedadlarını təşviq etmək və onlarla əməkdaşlığı gücləndirməkolduğunu bildirib.
Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən səfirƏli Əlizadə həmçinin,Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatlarının, günahsız insanlara qarşı hücümlarının Pakistan xalqı, ictimaiyyəti və gəncləri tərəfindən daim qınandığını, çətin zamanlarda Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirərək, davamlı dəstəyə və həmrəyliyə görə Pakistan hökümətinə və xalqınatəşəkkürünü çatdırıb. Səfir 18 Oktyabr-Azərbaycanın müstəqilliyinin bərpası ildönümü ərəfəsində keçirilən bu mərasimin “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır”müsabiqəsinin devizi altında keçirilməsinin hər iki ölkə gənclərinin möhkəm birliyinə bir stimul olduğunu qeyd edərək, müsabiqənin qaliblərini və iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.
Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Dr. Fouzia Səid öz çıxışındatədbir haqqında xoş təəssüratlarını ifadə edərək koronavirus pandemiyasının insanlarda yeni ideyalar və layihələrin yaranmasına səbəb olduğunu bildirib. İki ölkə arasındakı mövcud oxşarlıqlardan bəhs edən baş direktor Azərbaycan-Pakistan dostluğunu bu tip gözəl layihələrlə daha da gücləndirilməsinə töhfə verdiyi üçün səfirə və səfirliyin əməkdaşlarına təşəkkür edib. Dr.Fouzia Səid həmçinin, bir-birinə hər zaman qarşılıqlı dəstək verən ikiölkəarasındakı əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bəyan edib.
Tədbirdə çıxış edən digər qonaqlarda müsabiqə haqqında öz xoş təəssüratlarını bölüşərək,ölkələrimiz və xalqlarımız arasında dostluğunhəqiqətən əbədi və sarsılmazlığından söhbət açıb, Pakistan xalqının daim Azərbaycanın yanında olacağını və Azərbaycana qarşı törədilmiş erməni təcavüzü və hücumlarını qəti şəkildə pislədiklərini vurğulayıblar.
Tədbirin sonunda müsabiqənin iştirakçılarına və qaliblərinə pul mükafatları, sertifikat və hədiyyələr təqdim olunub.
Tədbir Pakistan KİV-ləri və televiziyaları tərəfindən işiqlandırılıb.