"Paşinyan uğursuzluqlarını əsgərlərin həyatı ilə ödəyir" Stepan Danelyan

13 Oktyabr 2020 15:50 (UTC+04:00)

Ermənistanda artıq dərk etməyə başlayırlar ki, Paşinyanın uğursuzluqları və səhvlərinin əvəzini ölkə əsgərləri həyatı ilə ödəyir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Daniyelyan öz Facebook səhifəsində paylaşıb.

“Azərbaycan Paşinyan rejiminin Ermənistanın əvvəlki hakimiyyət orqanlarının danışıqlar prosesində əldə etdiyi az sayda nailiyyətlərin hamısının ləğvi faktı ilə razı qalmayacaq. Müharibələr siyasət dalana dirənəndə və geosiyasi balans pozulanda başlayır, qüvvələr balansı yarananda dayanır və müharibənin səbəbi doğru olmayan siyasətdir ki, onun bitməsi siyasi səhvlərin düzəldilməsi ilə bağlıdır. Səhvlərin düzəldilməsi ilə bağlı addımlar atılmayıb. Əgər indi bunun haqqında danışıq olmazsa, nə vaxt olacaq?” deyə politoloq bildirib.