Eldəniz Səlimov: “Ermənistan dövləti faşist dövlətidir” RƏY-ÖZƏL

13 Oktyabr 2020 15:19 (UTC+04:00)

“İstər atəşkəs dönəmində, istərsədə hərb vəziyyətdə Ermənistan faşist siyasəti aparıb. Paşinyanın siyasəti beynəlxalq aləmdə yalnız terror əməlləri ilə tanınmalıdır. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir”. Bunu SİA-ya açıqlamsında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, humanitar atəşkəsin ermənilər tərəfindən pozulması o deməkdir ki, onlar verdikləri sözün arxasında durmayırlar və bununla da özlərini daha pis vəziyyətə saldılar: “Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də, Paşinyan rejimi öz acısını Azərbaycanın dinc əhalisindən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir, bu da onun acizliyindən və ağır psixoloji durumda olmasından irəli gəlir. Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, dünya erməniliyi onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet, düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir”.

E.Səlimov bildirdi ki, Azərbaycan həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundadır: “Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz Gəncnin bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim vurğuladığı kimi, “biz öz torpaqlarımızda vuruşuruq, Qarabağ Azərbaycandır!” Bu sözlər reallığını diplomatiyanın gedişində də öz əksini tapır. Çünki biz heç bir zaman beynəlxalq hüquqları pozmur və insani dəyərlərə qiymət verərək müharibəmizi aparırıq. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Azərbaycan öz torpaqlarını geri alır, alacaqda. Qarabağ Azərbaycandır!”.