Kor dünya və ya tfu sizin üzünüzə... -

12 Oktyabr 2020 16:31 (UTC+04:00)

Bağışlayacaqsınız, amma insanlığa qarşı erməni terroruna qarşı gözü kor, qulağı kar, dil lal olan “dünya birliyi” üçün bundan münasib ifadə tapmaq mümkün deyil

Azərbaycan və Ermənistan arasında Qarabağ ərazisində davam edən döyüşlər təkcə hərbi müstəvidə deyil, həm də mülki müstəvidə vüsət alır. Belə ki, Qarabağdakı işağlçı Ermənistan ordusuna və erməni terrorçu qruplaşmalarına sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusu qısa müddətdə düşmənin az qala bütün hərbi arsenalını və xeyli əsgərini məvh edib, bir sıra ərazilərimizi azad edib.

Cəbhədə Azərbaycan Ordusu ilə bacarmayan Ermənistan isə döyüş bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərinə raket zərbələri endirərək aralarında körpə uşaqların da olduğu onlarla dinc sakinin ölümünə, yüzlərlə insanın ağır yaralanmasına səbəb olub. Bu, konkret və açıq terror aktıdır. Başqa sözlə dövlət səviyyəsində mülki əhaliyə qarşı törədilən hərbi cinayətdir. Özü də açıq-aşkar rəsmi bəyan edilmiş formada və bütün dünyanın gözü qarşısında. Lakin dünya birliyi dediyimiz beynəlxaql təşkilatların, böyük dövlətlərin gözü kor olub- insanlığa qarşı törtədilmiş belə dəhşətli cinayətləri görmür, qulağı kar olub- yaralanan körpələrin ağlamasını eşitmir, dili lal olub - bu dəhşətə “dur” deyə bilmir.

Maraqlıdır ki, bütün tarix boyu bu dünya birliyi, beynəlxalq ictimaiyyət həmişə bəşəri cinayətləri, terror aktlarını pisləyir, bunu edənlərə qarşı sanklsiyalar, təzyiqlər hətta hərbi müdaxilə həyata keçirirlər. Lakin məsələ ermənilərin törətdiyi faciələrə və terro aktlarına gəldikdə dünyanın gözü kor, qulağı kar, dili lal olur. Azərbaycanın haqq səsini səsgücləndiricilər vasitəsilə bağırsan da “eşitmir”.

Çox uzatmayaraq, tarixdəki yüzlərlə erməni terrorundan bir neçəsini qeyd etsək, bu etinasızlığın tarixinin o qədər də az olmadığını görəcəyik.

1918-ci ildə erməni daşnak terrorist dəstələri ingilislərin dəstəyi ilə Azərbaycanda yerli əhaliyə qarşı vəhşicəsinə soyqırım törətdilər, müxtəlif bölgələrdə, hətta Azərbaycan paytaxtı Bakıda yüz minlərlə yerli dinc sakinini məhv etdilər. Lakin dünya bunu "görmədi", "eşitmədi", ona görə də dili söz tutub danışa da bilmədi...

Sovet İttifaqı qurulduqdan sonra ermənilər kütləvi terror aktları və soyqırımlar təşkil edə bilmədilər. Yalnız gizli şəkildə azərbaycanlıları aradan götürmək və vəzifədən çıxarılmalarını təmin etmək istiqamətində işlədilər. Terror işini isə başqa ölkələrdə davam etdirdilər. Ermənilər Qərb ölkələrində ASALA kimi terror təşkilatları təsis edərək müxtəlif ölkələrdə Türkiyə diplomatlarına qarşı uzunsürən qanlı terror aktları törətdilər, lakin dünya birliyi yenə də kor oldu, kar oldu, lal oldu...

Zaman dolanıb gəldi 80-ci illərin sonuna. Qərb dövlətlərinin fəal dəstəyi ilə gücləndirilən Amerikadakı və Avropadakı erməni lobbisinin təşkilatçılığı ilə SSRİ-ni etnik münaqişə zəminində daxildən dağıtma planı ermənilərin işinə yaradı. 87-ci ildən etibarən Ermənistanda, Azərbaycanın Qarabağ regionunda deportasiya, soyqırım, terror və işğal prosesinə start verdilər.

Amerika, Fransa, Rusiya kimi fövqəldövlətlərdən də dəstək alaraq terroru davam etdirdilər-1 milyon azərbaycanlı öz doğma yurdlarından qovuldu, 30 minədək azərbaycanlı öldürüldü, 50 min nəfər əlil oldu, yüzlərlə kənd və şəhər dağıdıldı, Azərbaycan ərazisinin 20 faizi işğal edildi. Lakin tərəqqipərvər dünya ictimaiyyəti, qlobal təşkilatlar yenə də kor oldu, kar oldu, lal oldu...

Proses son 30 ildə də davam etdi. Bu günlərdə isə ermənilər tarixdə görünməmiş vəhşililklərə əl atdılar. Cəbhə bölgəsindən yüz km-lərlə aralıda yerləşən şəhərlərə, din sakinlərin başına bomba, raket yağdıraraq, dövlət terroru həyata keçirdilər və kütləvi qırğın törətdilər. Uşaqlar, qadınlar, qocalar öldü... lakin bu sülhsevər beynəlxalq təşkilatlar yenə də kar, kor, lal oldu...

Başqa vaxt sülhdən, insan hüququndan danışan beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, Avropa İttifaqı və s.) indi səslərini çıxara bilmirlər. Dünyadakı facilələrə sərt reaksiya göstərən Amerika, Avropa, Rusiya məsələ ermənilərin törətdiyi terrora gələndə siçan deşiyi axtarırlar gizlənməyə.

Demək indiyədək danışılan beynəlxalq hüquq, İnsan hüquqları bəyannaməsi, müxtəlif konvensiyalar və sair sənədlər hamısı adi kağız parçasından ibarət imiş. Ortada heç bir dünya birliyi zad yox imiş. Dünya başqa meyarların üzıərində bərqərar imiş.

Qısa Ermənistan bütün beynəlxaql hüquqa, BMT TŞ-nin qətnamələrinə və digər dünya qanunlarına tüpürərək istədiyini edir və cavabı olmayan sualdır ki, heç kim də onlara bir söz deyə bilmir. Hətta, bir-birinin amansız düşməni olar dövlətlər söhbət erməni məsələsinə gəldikdə dost kimi eyni mövqedən çıxış edirlər. Ermənilər isə dünyanın üzünə tüpürməkdə davam edirlər.

Ona görə də, mən də buradan bütün beynəlxaq təşkilatlara, beynəlxalq sənədlərə, qətnamələrə, beynəlxalq məhkəmələrə rahatca tüpürə bilərəm. Bunlar insanlığın düşməni, hətta qlobal terror şəbəkəsidir ki, ermənilər də bu terrorçu şəbəkənin üzvüdürlər. Çünki yuxarıda dedikılərimin başqa heç bir izahı, əsası yoxdur, ola da bilməz.

Ona görə də, buradan üzümü beynəlxalq təşkiatlara, riyakar fövqəldövlətlərə tutaraq şəxsən öz adımdan rəsmi olaraq bəyan edirəm-

Tfu sizin üzünüzə!

Elçin Bayramlı