Əfqanıstanda terror aktı törədilib, ölənlər və yaralananlar var

12 Oktyabr 2020 12:25 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib.

SİA-nın xəbərinə görə, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində, həmçinin daha 3 hərbi qulluqçu yaralanıb.

Hadisəyə görə, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Hakimiyyət orqanları terror aktının arxasında “Taliban” hərəkatının dayandığını güman edirlər.