Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bunlar Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli, Qışlaq, Qaraçaylı, Əfəndilər, Süleymanlı və Su kəndləridir.
SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində elan edib.