Bakıda magistral qaz kəmərində sızma baş verib
14 May 2011 00:07 (UTC+04:00)
Bakıda Qaradağ rayonu ərazisindən keçən magistral qaz kəmərində sızma baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, sızma zamanı yanğın hadisəsi olmayıb.
Hadisə yerində cəlb edilmiş yanğınsöndürənlər ərazidə növbə çəkiblər. Qaz sızması müvafiq qurumların mütəxəssisləri tərəfindən 13 may saat 08:00 radələrində aradan qaldırılıb. İlkin ehtimala görə, sızmaya qaz kəmərində baş vermiş qəza səbəb olub.