Hərb meydanından qaçan siçovulların isterikası - AÇIQLAMA

9 Oktyabr 2020 12:57 (UTC+04:00)

"Hərb meydanında böyük uğursuzluğa düçür olmuş Ermənistan son günlər Azərbaycanın sosial şəbəkələri məkanında Azərbaycan dilində saxta xəbərlər, səs yazıları yaymaqdadır. Səs yazılarında sərsəm fikirləri ifadə edən ermənilər çalışırlar ki, Azərbaycan ictimaiyyətində çaşbaşlıq və ruh düşkünlüyü yaratsınlar. Amma onlar anlamırlar ki, Azərbaycan ordusunun şücayətləri hər birimizə bəllidir və bu gün döyüş meydanında ermənilərin siçovula döndüyünü hamı sevinclə seyr edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərimiz, düşmənimizin dəqiq məhv edildiyi legitim hədəfləri və minlərlə canlı qüvvəsi nəinki Dağlıq Qarabağdakı erməniləri, hətta Ermənistanda da böyük vahimə və qorxu yaradıb: "Ermənistan əhalisinin baş nazir Paşinyandan narazılıqları pik həddə çatıb və heç kim Dağlıq Qarabağa döyüşə getmək istəmir".

A.Badamovun fikrincə, reallıq odur ki, ermənilər Azərbaycanın işğal altında olan torpaqlarından kütləvi şəkildə qaçırlar: "Hətta xarici televiziya kanallarının Xankəndində insanlardan aldığı müsahibələrdən də göründüyü kimi ermənilər etiraf etməyə başlayıb ki, Dağlıq Qarabağ onlara məxsus deyil, Azərbaycan torpaqlarıdır. Bu gün Azərbaycan xalqı ermənilərin yaydığı yalançı məlumatlara, səs yazılarına deyil, əksinə ordumuzun uğurlarına inanır və hamılıqla Ali Baş Komandandan işğaldan azad olunan ərazilərimiz haqqında yeni xəbərləri intizarla gözləyirlər".