Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

8 Oktyabr 2020 16:16 (UTC+04:00)

Torpaqlarımızın qaytarılması uğrunda rəşadətlə döyüşən ordumuza dəstək hər bir azərbaycanlının borcudur.
Bu gün işğalçı erməni ordusu üzərində qazanılan hər zəfər bizi Böyük Qələbəyə bir addım da yaxınlaşdırır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi vətənimizin bütövlüyü, suverenliyi uğrunda döyüşən ordumuzla fəxr edir.
SİA-nın məlumatına görə, igid əsgərlərimizə dəstək məqsədilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna muzeyin əməkdaşlarının könüllü iştirakı ilə ianə edib.