Tünzalə Ağayeva öz fanatları ilə görüşdü
13 May 2011 23:08 (UTC+04:00)
Azərbaycanın məşhur müğənnisi, əməkdar artist Tünzalə Ağayeva öz fanatları ilə görüşüb. Aldığımız məlumata görə, görüş çox xoş ab-havada, paytaxt restoranlarının birində keçirilib. Onu da vurğulayaq ki, Tünzalə Ağayeva öz fanatlarını heç bir zaman diqqətsiz buraxmır. SİA-nın məlumatına görə, hər birinə özəlliklə diqqət ayıran Tünzalə xanım fanatlarının hətta doğum günlərinə gedir və onlara hədiyyə də bağışlayır.