Ermənistanda COVID-19-dan ölənlərin sayı 1 000-i ötdü

8 Oktyabr 2020 11:26 (UTC+04:00)

Ermənistanda daha 718 nəfərdə koronavirus aşkarlanıb.

SİA-nın xəbərinə görə, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 54 473-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 1 004-ə çatıb. İndiyədək 45 312 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 7 855 aktiv koronavirus xəstəsi var.