“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xudafərin körpüləri

7 Oktyabr 2020 16:50 (UTC+04:00)

Cəbrayıl rayonun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən iki Xudafərin körpüsü var. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı Xudafərin (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı Xudafərin (inv. 13) körpüsü isə XIII əsrdə inşa olunmuşdur.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır.

Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl şəhəri və rayonun bir neçə kəndini 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib.