Mərkəzi Elmi Kitabxana Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

7 Oktyabr 2020 16:26 (UTC+04:00)

Müzəffər ordumuzun qələbələrini xalqımız böyük iftixar hissi ilə qarşılayır. MEK-dən SİA-ya verilən xəbərə görə, ordumuza dəstək olmaq məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 3190 manat vəsait köçürüb.
Əsgərlərimizlə qürur duyuruq. Hərbi qüvvələrimizin Qarabağı Erməni işğalından azad edəcəyinə inanırıq. Zəfər bizim olacaq!