Mağazadan oğurluq edildi

7 Oktyabr 2020 13:34 (UTC+04:00)

Saatlı rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Ş.Zeynalov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2 ədəd velosiped və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Zeynalov saxlanılıb.