Türkiyəli müğənni Doğuş xoşagələn addım atıb. SİA-nın məlumatına görə, sənətçi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 4929 avro (9554 manat) ianə edib.
Bu haqda prodüser Tarix Əliyev (Tolik) xəbər verib. Tolik Doğuşun bu hərəkətinə görə ona təşəkkür edib.
