“Rusiyadan aktiv addımlar gözləməyə dəyməz” Dmitri Peskov

7 Oktyabr 2020 10:34 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Dağlıq Qarabağdakı hərbi münaqişə ilə bağlı mövqeyini şərh edib. SİA "Kommersant" nəşrinə istinadən xəbər verir ki, Peskov “münaqişənin həllində vasitəçilik edə bilən ölkələrdən biri olmasına baxmayaraq, indi Rusiyadan daha aktiv hərəkətlər gözləmək lazım deyil”, deyib.

“Daha aktiv addımları, ələlxüsus indiki vaxtda təsəvvür etmək çətindir” deyə mətbuat nümayəndələrinin zəng edərək ünvanladığı sualı cavablandırarkən Peskov bildirib. O, Moskvanın səylərinin ölkələr arasında münaqişənin gərginləşməməsinə yönəldiyini vurğulayıb.