Beren Saat sevgilisindən ayrılıb

13 May 2011 12:02 (UTC+04:00)
Türkiyənin sevilən serialı \"Fatmagülün Suçu Ne?\" filminin aktrisası Beren Saatın 2 ildir bir yerdə olduğu rejissor Levent Semercidən ayrıldığı haqda şaiyələr gəzib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlər aktrisadan bu xəbərin doğru və yalnış olduğunu soruşublar. Aktrisa xəbərin düzgün olduğunu bildirib. Beren Saat onu da əlavə edib ki, qaynanasının ona küllü miqdarda borcu olub.