Bakının Nəsimi rayonunda ana və balanı motosiklet vurub

7 Oktyabr 2020 04:31 (UTC+04:00)

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 30 yaşlı Nərgiz Əhmədova və onun qızı 7 yaşlı Xədicə Əhmədovanı motosiklet vurub.

Piyadaların hər ikisi ağır xəsarət alıb. Yaralılar Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidməti vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.