Məşhur rok-gitaraçı Eddi Van Halen vəfat edib
7 Oktyabr 2020 04:00 (UTC+04:00)
Məşhur rok-gitaraçı Eddi Van Halen 65 yaşında vəfat edib.
SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində müsiqiçinin oğlu Volf Van Halen yazıb.
Qeyd edək ki, Eddi Van Halen 1974-cü ildə öz qardaşı ilə "Van Halen" qrupunu yaradıb. Qrupun tərkibində musiqiçi 1970-ci illərin sonlarında və 1980-ci illərdə böyük uğurlar qazanıb.