Ermənistan tərəfindən Müdafiə Nazirliyinin adına saxta tvitter hesabı açılıb

6 Oktyabr 2020 15:34 (UTC+04:00)

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:
https://twitter.com/wwwmodgovaz