"Qarabağ – mədəniyyətimizin beşiyi”: Hacıquluların malikanəsi

6 Oktyabr 2020 15:33 (UTC+04:00)

Hacıquluların malikanəsi (inv. 341) Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. Malikanənin təməli 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlu tərəfindən qoyulub.

Şuşa şəhərinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Hacı Quluların malikanəsi top atəşinə tutularaq divarları dağıdılıb.

Hazırda malikanənin yalnız xarici divarlardan ibarət xarabalığı qalmıb.