Goranboyda ağır qəza: ölənlər var

6 Oktyabr 2020 13:34 (UTC+04:00)

Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 5-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində P.İsmayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillə Səfikürd kənd sakini Məhərrəm Ələsgərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Ələsgərov və sərnişini Aydın Abışov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Araşdırma aparılır.