Hüsni Mübarək və həyat yoldaşı palatada dindirilib

13 May 2011 19:20 (UTC+04:00)

Misirin Şarm əl-Şeyx şəhərinin xəstəxanasında müstəntiqlər sabiq prezident Hüsni Mübarək və onun həyat yoldaşı Suzan Sabiti vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək sorğu-sual ediblər. Eyni zamanda prokurorlar Mübarəkin oğulları Camal və Alaaya cinayət işi açıblar. Mübarək həmçinin nümayişçilərə atəş açmaq barədə əmr verdiyinə görə də dindirilib.

 

Qeyd edək ki, Mübarək fevralın 11-də 18 günlük xalq etirazlarından sonra istefaya gedib. Etirazlar zamanı 800 nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb.