DGK Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

6 Oktyabr 2020 10:30 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

Komitədən SİA-ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!

Qarabağ Azərbaycandır!