Dağıstanda mücahidlər qisas alır

13 May 2011 19:06 (UTC+04:00)

Dağıstanın Sumadinsk rayonunda naməlum silahlı dəstə Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının operativ döyüş tapşırığını yerinə yetirən bölməsini atəşə tutub. SİA-nın xəbərinə görə, bu barədə məlumat Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən "İnterfaks"a verilib. Belə ki, silahlılar avtomat və pulemyotlardan istifadə ediblər. Nəticədə Daxili Qoşunların mayoru həlak olub.

 

Hazırda əraziyə Daxili Qoşunlar, polis qüvvələri və xusisi təyinatlı dəstələr cəlb edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarına hücum edən dəstənin tapılaraq zərərsizləşdirilməsi üçün əməliyyat keçirir.