Neftin qiyməti qalxır
13 May 2011 18:25 (UTC+04:00)
Neftin qiyməti bu gün yüksəlib. Bahalaşmanın səbəbi dolların dünənə nisbətən yüksəlməsi olub. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında bu gün Light Sweet Crude Oil markalı neftin qiyməti 0,76 dollar qalxaraq 98,97 dollar olub. ICE Futures birjasında isə Brent markalı neftin qiyməti 0,41dollar qalxaraq 112,98 dollar olub. Xatırladaq ki, aprel ayına neftin proqnoz olunan ehtiyatı 89,2 milyon barel idisə, may ayına proqnozlaşdırılan neft ehtiyatı 89,4 milyon barel olub.