Azərbaycan rəssamlarının onlayn satış sərgisi davam edir

5 Oktyabr 2020 15:32 (UTC+04:00)

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi davam edir.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, satışda respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamların əsərlərini əldə etmək olar.

Qeyd edək ki, rəssamların əl işlərinə ölkə daxili ilə yanaşı, xaricdən də maraq var.