“Ağdama qovuşmağı həyəcanla gözləyirəm” FOTO

5 Oktyabr 2020 11:10 (UTC+04:00)

Müğənni Tunar Rəhmanoğlu Ağdama yola düşüb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. Belə ki, o, hərbi geyimdə şəklini sosial şəbəkədə yayımlayıb və bu sözləri qeyd edib: "Gözəl Ağdamım, bu gün sənə çox yaxın idim. Sənə qovuşmağı, yurdumun qoynunda gəzməyi, evimizi o qədər həyəcanla gözləyirəm ki...

İnşAllah tezliklə bütün torpaqlarımız düşməndən azad olunacaq".