Hikmət Hacıyev: Ermənilər Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atıb

4 Oktyabr 2020 23:26 (UTC+04:00)

Bu gün Ermənistanın Azərbaycan mülki şəxslərinə və mülki infrastrukturuna qarşı raket hücumları barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvit yazıb.

SİA-nın məlumatına görə, H.Hacıyev qeyd edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri atılıb.

Xızı və Abşeron bölgəsinə isə iki 300 km məsafəli orta mənzilli raket atılıb.

Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevirə də iki raket atılıb.