Liviyada ikisi jurnalist olmaqla 5 nəfər Qəddafinin güdazınə gedib

14 May 2011 06:25 (UTC+04:00)

Liviyada Qəddafinin qərargahı bombalanıb. SİA-nın məlumatına görə, NATO təyyarələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfər ölüb.

 

Hökumət nümayəndəsi Musa İbrahim ölüm xəbərini təstiqləyib: "NATO-nun həyata keçirdiyi əməliyyatlar nəticəsində Muammər Qəddafinin qərargahı bombalanıb. Nəticədə 5 nəfər həlak olub. Ölənlər arasında Əli Əl Qrav və İsmayıl Şərif adlı 2 jurnalist də olub. Jurnalistlər NATO- nun qoşunlarına mqavimət göstərməyə çalışan yüzlərlə adamın şəkillərini çəkiblər. Jurnalistlərə hər cür kömək göstərilməsinə baxmayaraq bombalanma hadisəsində onları qorumaq mümkün olmayıb".

 

Ölənlərlə yanaşı, 27 nəfərin də yaralandığını deyən Musa İbrahim jurnalistlərin hansı media orqanında işlədikləri ilə bağlı məlumat verməyib.