Londonda "Azərbaycan - Qafqazın aparıcı iqtisadiyyatı. Azərbaycanın investisiya potensialı" mövzusunda biznes forum keçirilir
13 May 2011 01:19 (UTC+04:00)
Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi, Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan - Qafqazın aparıcı iqtisadiyyatı. Azərbaycanın investisiya potensialı" mövzusunda biznes forumu keçirilir. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan, Böyük Britaniya, Almaniya, İspaniya və digər ölkələrdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edirlər.
Biznes forumunda AZPROMO Azərbaycanın biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkəti qurumun fəaliyyəti və həyata keçirilən layihələrlə bağlı təqdimatlarla çıxış edəcək. Tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Biznes forum mayın 13-də başa çatacaq.