Erməniləri daşıyan yüzlərlə maşın Dağlıq Qarabağı tərk edir - VİDEO

1 Oktyabr 2020 16:35 (UTC+04:00)

Sosial şəbəkələrdə erməniləri daşıyan avtomobil kolonunun işğal olunmuş Dağlıq Qarabağ regionunu tərk etməsini əks etdirən görüntülər yayımlanıb.

SİA-nın məlumatına görə, yüzlərlə minik maşınından ibarət kolon Ermənistan istiqamətinə hərəkət edir. Kolonun uzunluğu bir neçə kilometrədək çatır.

Videogörüntü "Twitter" sosial şəbəkəsində yayılıb.