Oğurluq etdiyinə görə tutuldu

1 Oktyabr 2020 14:16 (UTC+04:00)

Mingəçevir şəhəri ərazisində avtomobildən akkumulyator və A.Mustafayevin velosipedini oğurlamaqda şübhəli bilinən S.Sultanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-dən sentyabrın 5-dək olan müddətdə şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator və A.Mustafayevin velosipedini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Sultanov saxlanılıb.