Evdən oğurluq edən şəxs tutuldu

1 Oktyabr 2020 14:10 (UTC+04:00)

Samux rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Məhərrəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərin birindən kombi, televizor və tuner oğurlamaqda şübhəli bilinən Kolayır kənd sakini, əvvəllər məhkum olunmuş R.Məhərrəmov saxlanılıb.